"Neftçi" "Şüvəlan"a qalib gəldi

00:53 - 20 İyul 2017

Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" Birinci Divizionda çıxış edəcək "Şüvəlan” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş Premyer Liqa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Hər iki qola Daniel Seqoviya imza atıb.

 

"Neftçi” bu heyətlə mübarizə aparıb: Rəşad Əzizli, Georgi Navalovski (Məhəmməd Mirzəbəyov), Kirilo Petrov, Pavel Dreksa (Rahil Məmmədov), Məqsəd İsayev (Elşad Manafov), Fəhmin Muradbəyli (Elnur Cəfərov), Namik Ələskərov (Rəhman Hacıyev), Ruslan Abışov (Uqo Barqas), Edson Kastilyo (Tərzin Cahangirov), İqnasio Errera, Mirabdulla Abbasov (Daniel Seqoviya).

 

Şüvəlanlıların baş məşqçisi Aqil Nəbiyev isə qarşılaşmanın ikinci hissəsində baxışda olan bütün futbolçuları sınaqdan keçirib. Ümumilikdə, klubun düşərgəsində olan 27 futbolçunun hamısı "Neftçi" ilə oyunda iştirak edib.

 

"Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 21-də "Zirə”yə qarşı keçirəcək. "Ağ-qaralar" daha öncə "Kəpəz"ə uduzub (0:2), "Binə"yə qalib gəlib (1:0).

Xəbər xətti