"Sumqayıt" ərəbləri darmadağın etdi VİDEO

11:11 - 21 İyul 2017

2017/18 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.

 

Sportal.az xəbər verir ki, sumqayıtlılar Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Fateh" klubu ilə üz-üzə gəliblər. Qarşılaşma VON Resort Hotelinin stadionunda yerli saatla 18:00-da start götürüb.

 

Qeyd edək ki, 1958-ci ildə yaranmış “Al-Fateh” son mövsümdə Səudiyyə Ərəbistanı Peşəkar Liqasını 8-ci yerdə bitirib.

 

Qarşılaşma "Sumqayıt"ın hücumları ilə başlayıb. İlk hissələrdən hücuma atılan komanda hesabı 14-cü dəqiqədə açıb. Yeni transferlərdən olan Rəşad Eyyubov cərimə zərbəsindən topu qapının "uzaq doqquzluğ"una göndərməklə baxımlı qola imza atıb.

 

Oyunun 37-ci dəqiqəsində Eyyubov uzaq məsafədən daha bir gözəl qolla yadda qalıb. Fasilədən sonra heyətdə bir neçə dəyişiklik olub. Ümumiyyətlə, baş məşqçi Samir Abasov bu oyunda bütün futbolçuları sınaqdan keçirib.

 

İkinci hissə də "Sumqayıt"ın üstünlüyü ilə keçib. Qarşılaşmanın 88-ci dəqiqəsində Tural Bayramlının cinah ötürməsindən sonra Ramil Həsənov başla vurduğu qolla oyunun hesabını rəsmiləşdirib.

 

Yoxlama oyunu
20 iyul

 

"Sumqayıt" - "Al Fateh" 3:0
Qollar
: Rəşad Eyyubov, 14, 37. Ramil Həsənov, 88.
Bolu, Von Resort Hotelinin stadionu.

 

"Sumqayıt" bu heyətlə çıxış edib: 23. Mehti Cənətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 19. Azər Salahlı, 18. Tural Axundov, 6. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov.

 

Oyuna sonradan daxil olanlar: 31. Miremil Həsənov, 14. Bəxtiyar Həsənalızadə, 13. Bəhlul Mustafazadə, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, Ramil Orucov, Kamal Mirzəyev, 97. Xəyal Nəcəfov.

 

Baş məşqçi: Samir Abasov.

Xəbər xətti