Boluda təlim-məşq toplanışında olan “Sumqayıt”ın futbolçuları Rail Məlikov və Fərhad Vəliyev klubun saytına açıqlama veriblər.
Sportal.az xəbər verir ki, Məlikov toplanış çərçivəsində keçirdikləri yoxlama oyunlarında buraxdıqları səhvlər üzərində işləyəcəklərini deyib:
“Hazırlığın ilk mərhələsində fiziki çalışmalar üzərində çalışdıq. Məşqçilərin tapşırıqlarını maksimum dərəcədə yerinə yetirdik. İkinci mərhələdə taktiki-texniki məşqlərə üstünlük verilir. Boluda artıq iki yoxlama görüşü keçirdik. İlk matçın əhəmiyyəti ondan ibarət idi ki, səhvlərimiz görünməli idi. Baş məşqçimizin tapşırığı ilə onların üzərində işlədik. Təəssüf ki, bu oyunda məğlub olduq. İkinci matçda da müəyyən səhvlərə yol verdik. Çempionata qədər bu problemləri həll etməyə, daha komplekt şəkildə çıxış etməyə çalışacağıq”.
Vəliyev isə hazırkı komandanın çempionatda yaxşı nəticə əldə edəcəyini bildirib:
“Türkiyə toplanışı zamanı yoxlama matçları ilə hazırlığımızı yüksəltmək istəyirik. Burda keçirdiyimiz ilk iki qarşılaşmada səhvlərimiz oldu və çalışırıq onları aradan qaldıraq. Yeni transferlərimiz özlərini yaxşı tərəfdən göstərmək və kollektivə uyğunlaşmaq üçün əllərindən gələni edirlər. Düşünürəm ki, bu komanda çempionatda ən yaxşı nəticələrdən birini əldə edəcək”.
saytlarin hazirlanmasi