UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” evdə “Şerif”lə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesab açılmayıb - 0:0.
Bu gün daha bir təmsilçimiz meydana çıxıb. Belə ki, Buxarestdə keçirilən “Styaua” - “Viktoriya” oyunu azərbaycanlı hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Əliyar Ağayev olub. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
25 iyul
“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) - 0:0
“Slaviya” (Praqa, Çexiya) – BATE (Belarus) - 1:0
Qollar: Milan Şkoda, 20 (pen.)
AEK (Yunanıstan) – MOİK (Moskva, Rusiya) - 0:2
Qollar: Dzaqoev, 45+1, Vernblum, 56
“Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) - 2:2
Qollar: Budesku, 37, Teyşeyra, 61 - Krmençik, 23, Kopiç, 53
“Vardar” (Macarıstan) - “Kopenhagen” (Danimarka) - 1:0
Qol: Conatan Balotelli, 65
“Partizan” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) - 1:3
Qollar: Tavamba, 10 - Ben, 6, 56, Emenkie, 90+1
26 iyul
18:00 Astana (Qazaxıstan) - Legiya (Polşa)
20:30 Dinamo K (Ukrayna) - Yanq Boyz (İsveçrə)
20:45 Zalsburq (Avstriya) - Rieka (Xorvatiya)
21:00 Hapoel (Byer-Şeva, İsrail) - Ludoqorets (Bolqarıstan)
22:00 Vitorul (Rumıniya) - APOEL (Kipr)
22:20 Maribor (Sloveniya) - Hafnarfyordur (İslandiya)
22:45 Nitsa (Fransa) - Ayaks (Hollandiya)
22:45 Seltik (Şotlandiya) - Rusenborq (Norveç)
23:00 Brügge (Belçika) - Başakşəhər (Türkiyə)