Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

10:59 - 26 İyul 2017

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir göstərməyib.

 

Sportal.az xəbər verir ki, son reytinqdə Azərbaycan əvvəlki mövqeyini qoruyaraq 22-ci pillədə qərarlaşıb. Öz meydanında Moldova “Şerif”i ilə qolsuz heç-heçə edən “Qarabağ” Azərbaycanın hesabına 0.125 xal qazandırıb. Bununla da, son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız 17.125-ə yüksəlib.

 

Azərbaycandan 1 pillə irəlidə - 21-ci yerdə olan Kiprin 17.425 xalı var.

 

Əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Xəbər xətti