“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Şerif” klubumuzun təmsil etdiyi şəhərin adını düzgün qeyd etməyib.
Sportal.az xəbər verir ki, klubun rəsmi “facebook” səhifəsində oyun haqda yazılan statusda "Qarabağ"ı işğal altında olan Ağdam şəhərini təmsil etdiyini deyil, Bakı klubu kimi təqdim edilib.
Xatırladaq ki, “Şerif”lə “Qarabağ” arasında Bakıda baş tutmuş ilk oyun qolsuz bərabərliklə nəticələnib. Bu komandalar arasında cavab oyunu avqustun 1-də, Tiraspol şəhərində keçiriləcək.
saytlarin hazirlanmasi