“Matç çox ağır keçdi. Hava şəraitinə baxmayaraq, oyundan razı qaldım”.
Sportal.az xəbər verir ki, bunu Avstriya toplanışı çərçivəsində Almaniya təmsilçisi “Şalke”yə yoxlama matçında 0:1 hesabı ilə uduzan “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.
Klub telekanalına müsahibə verən 47 yaşlı mütəxəssis bildirib ki, Bundesliqada çıxış edən “Şalke” ilə rəsmi matçda üz-üzə gəlməyi arzulayır: “Uşaqlar çox yaxşı çıxış etdilər. Arzum budur ki, bugünkü rəqiblə yoldaşlıq görüşündə deyil, rəsmi qarşılaşmada görüşək”.
saytlarin hazirlanmasi