"Neftçi"nin futbolçusu: "Şalke" asan rəqib deyil"

18:15 - 27 İyul 2017

"Bu, təlim-məşq toplanışının ən vacib oyunlarından biri idi. Bizim üçün yaxşı təcrübə oldu."

 

Sportal.az xəbər verir ki, bu fikirləri Avstriya toplanışı çərçivəsində Almaniyanın "Şalke" klubu ilə keçirilən matçdan (0 - 1) sonra "Neftçi"nin futbolçusu İqnasio Errea deyib.

 

Klub televiziyasına açıqlama verən çilili yarımmüdafiəçi daha sonra fikirlərinə belə davam edib:

 

"Güclü yağış yağması oyunumuza çətinlik yaradırdı. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyi bacardıq. Artıq növbəti iki oyuna hazırlaşmalıyıq. “Şalke” asan rəqib deyil. Almaniya Bundesliqasında yüksək yerlər uğrunda mübarizə aparan komandadır. İkinci hissədə bərabərlik qolunu vurmaq üçün bir neçə imkanımız oldu, amma istifadə edə bilmədik. Burada rəqibin ustalığı da öz sözünü dedi”.

Xəbər xətti