"Sumqayıt"ın əsas komandası kimi, əvəzediciləri də 2017/18 mövsümünə hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, 10 günlük təlim-məşq toplanışını başa vurub 3 günlük istirahət edən sumqayıtlılar yenidən məşqləri bərpa ediblər. "Kapital Bank Arena"da hazırlaşan komanda çempionatın startına qədər hər gün 1 dəfə olmaqla məşq edəcək.
Elbrus Məmmədovun komandası iyulun 29-da "Uğur" FK ilə yoxlama oyunu keçirəcək.
saytlarin hazirlanmasi