"Sumqayıt" vətənə qayıtdı

15:50 - 29 İyul 2017

Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuran “Sumqayıt” Futbol Klubu vətənə qayıdıb.

 

Sportal.az xəbər verir ki, iyulun 29-u səhər saatlarında qardaş ölkəni tərk edən komanda artıq Bakıya çatıb. Baş məşqçi Samir Abasovun planına əsasən kollektiv 3 gün müddətində istirahət edəcək.

 

“Sumqayıt” avqustun 1-dən etibarən "Kapital Bank Arena"da Azərbaycan Premyer Liqasının 1-ci turunun hazırlığına başlayacaq.

Xəbər xətti