"Qarabağ" üçün tanış referi

16:24 - 29 İyul 2017

UEFA Çempionlar Liqsının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şerif” (Moldova) – “Qarabağ” matçını idarə edəcək Roy Reynşreyber azarkeşlərmizə tanışdı.

 

Sportal.az xəbər verir ki, israilli hakim indiyə kimi artıq bir dəfə təmsilçimizin matçında fit çalıb. O, 2015-ci ildə “Qəbələ”nin Tiflisdə “Dinamo”ya məğlub olduğu (1:2) görüşdə ədaləti qoruyub. 37 yaşlı hakim həmin matçda hər iki komandanın 2 futbolçusuna sarı vərəqə göstərmiş, gürcülərin 1 oyunçusunu meydandan qovmuşdu.

 

Reynşreyber həmçinin 2014-cü ilin sentyabrında AÇ-2016-nın seçmə mərhələ matçında Azərbaycan – Bolqarıstan (1:2) qarşılaşmasında da əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.

 

Bundan başqa, adıçəkilən hakim ötən il Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın evdə PAOK-u (Yunanıstan) üstələdiyi (2:0) görüşdə baş hakim Alan Yefetin köməkçisi funksiyasını yerinə yetirib.

 

Qeyd edək ki, 2014-cü ildən FİFA referisi statusunu daşıyan hakim bu müddətdə 20 beynəlxalq oyunda fit çalıb. O, bu görüşlərdə 67 sarı, 7 qırmızı vərəqə göstərib. Ədalət təmsilçisi həmçinin 7 dəfə də qapılara penalti təyin edib.

Xəbər xətti