Venesuelalı futbolçu: "Neftçi"də böyük təcrübə qazandım"

17:30 - 29 İyul 2017

“Neftçi”nin"Mineros Quayana" klubuna 6 aylıq icarəyə verdiyi Edson Kastilyo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ölkəsinə qayıdan venesuelalı yarımmüdafiəçi “Neftçi”dəki karyerasının onun üçün faydalı olduğunu bildirib:

 

“Avropa karyeramda müsbət məqamlarla qarşılaşdım. “Neftçi”də böyük təcrübə qazandım. Fərqli həyat tərzi, fərqli futbol gördüm. İndi özümü daha məsuliyyətli hesab edirəm. Ümid edirəm ki, "Mineros"da vacib oyunçularından birinə çevriləcəm”.

 

Qeyd edək ki, 23 yaşlı futbolçu 2016-cı ilin yayında “Mineros Quayana”dan “Neftçi”yə keçib.

Xəbər xətti