"Şerif"in baş məşqçisi "Qarabağ"la cavab matçı barədə: "Müəyyən üstünlüyümüz var"

12:02 - 30 İyul 2017

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif”in baş məşqçisi Roberto Bordin açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisi ölkə çempionatının 4-cü turunda “Petrokub”a 2:1 hesabı ilə qalib gələrək liderliyə yüksəlib. Bu matçda "Şerif" əsasən ikinci heyətlə meydana çıxıb. Oyundan sonra klubun saytına danışan italiyalı mütəxəssis “Qarabağ”la qarşıdakı cavab matçı barədə danışıb:

 

"Bugün Bakıda meydana çıxan bəzi oyunçularımız da oynayırdı. Digər futbolçularımıza isə istirahət vermişdim. Çünki qarşıda bizi vacib görüş gözləyir. Bu, həm bizim, həm də rəqib üçün əhəmiyyətli oyundur. Kim udsa irəli gedəcək, uduzsa, turnirdən kənarlaşacaq. Bizim topa çox yaxşı nəzarət edən, sürətli hücumlar quran güclü rəqibimiz var. Diqqətli olmaq lazımdır. Bakıdakından pis çıxış etməməliyik. Cavab oyununda nəticəyə nail olmalıyıq. Çünki müəyyən üstünlüyümüz var”.

 

Xatırladaq ki, ÇL-in üçüncü təsnifat mərhələsinin "Şerif" - "Qarabağ" oyunu avqustun 1-i keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb.

Xəbər xətti