Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuran “Sumqayıt” vətənə qayıdıb.
Sportal.az xəbər verir ki, iyulun 29-u səhər saatlarında qardaş ölkəni tərk edən komanda artıq Bakıya çatıb. Baş məşqçi Samir Abasovun planına əsasən “Sumqayıt” 3 gün müddətində istirahət edəcək.
Komanda avqustun 1-dən Azərbaycan Premyer Liqasının 1-ci turunun hazırlığına başlayacaq.
saytlarin hazirlanmasi