Nazarovun debüt matçına leysan mane oldu

01:01 - 31 İyul 2017

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında yeni mövsümə start verilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" səfərdə "Haydenhaym"la qarşılaşıb. Nazarov da bu qarşılaşmaya start heyətdə başlayıb.

 

Lakin bu oyun əlverişsiz hava şəraiti səbəbindən 11-ci dəqiqədə dayandırılıb. Güclü yağış qarşılaşmanın təxirə salınmasına səbəb olub.

Xəbər xətti