"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Molodvanın "Şerif" klubunun futbolçusu Vitali Damaşkan açıqlama verib.
Sportal.az xəbər verir ki, 18 yaşlı futbolçu "Qarabağ"la açıq futbol oynamağın lazım olmadığını söyləyib:
"Qarabağ"la bizi qarşıda çətin oyun gözləyir. Səfərdə 0:0 oynadıq, ancaq mərhələ keçmək istəyiriksə, evdə qol vurmalıyıq. Onların hücumda sürətli futbolçuları var. Bu üzdən elə də açıqlamamağımız, öz anımızı gözləmək yaxşı olardı. Həyəcan var, mən bütün matçları ciddi qəbul edirəm. Ancaq Çempionlar Liqasının oyunu qat-qat yaxşıdı və həyəcan daha çox olur. Mən bu haqda düşünməməyə çalışıram".
Gənc hücumçu Tiraspolda baş tutacaq matçda azarkeşlərin dəstəklərinə ehtiyac duyduqlarını bildirib:
"Ev oyunumuzda imkan daxilində çox azarkeş görməyi gözləyirəm, buna ümid edirəm. İstəyirəm ki, onlar bizi azərbaycanlı azarkeşlərin "Qarabağ"ı Bakıdakı matçda dəstəklədiyi kimi dəstəkləsinlər".
Xatırladaq ki, Damaşkan Bakıdakı oyunda 90+4-cü dəqiqədə meydana çıxmışdı. Vitali hazırda 3 qolla Moldova çempionatının bombardirlərindəndir.
saytlarin hazirlanmasi