Federasiya prezidenti: "Şerif" "Barselona" ilə deyil, "Qarabağ"la qarşılaşacaq"

12:12 - 1 Avqust 2017

Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Şerif" - "Qarabağ" matçını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, yerli mətbuata danışan qurumun prezidenti Tiraspol təmsilçisinin şanslarını yüksək dəyərləndirib:

 

"Şerif"in mərhələ adlamaq üçün kifayət qədər imkanı var. Ümid edirik ki, komandamız istədiklərimizi həyata keçirə biləcək. Çünki futbolçularımız nə "Real", nə "Barselona", nə "Atletiko", nə də "Bavariya" ilə qarşılaşacaqlar. Bu komanda "Qarabağ"la üz-üzə gələcək. Etiraf etmək lazımdır ki, "Qarabağ"ın heyətində yaxşı braziliyalı futbolçular var. Ancaq nəzərə alaq ki, onlar Braziliyadan yox, Azərbaycandan olan klubu təmsil edirlər".

 

Qeyd edək ki,  "Şerif" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk matçda qolsuz bərabərlik qeydə alınıb.

Xəbər xətti