“Şerif”in müdafiəçisi Viktor Oliveyra Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi klubun saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Bakıda keçirilən oyunla bağlı fikirləriniz?
- Belə bir mötəbər yarışda əsas heyətdə meydana çıxdığım ilk matç idi. Komandamız öz gücünü göstərə bildi. Düşünürəm ki, Bakıda qol buraxmamaqla əsas tapşırığın öhdəsindən gəldik.
- “Şerif” Ağdam klubunu hansı cəhətlərə görə keçə bilər?
- “Qarabağ” lazımı səviyyədə komplektləşib. Rəqibin futbolçuları sürətli və aqressiv oyun göstərirlər. Amma bizim də səviyyəli futbolçularımız var. “Qarabağ”ı üstələmək üçün bütün gücümüzdən istifadə etməli, xarakter nümayiş etdirməliyik.
- Doğma divarlar arasında rəqibini qəbul edəcək “Şerif”i favorit hesab etmək olar?
- Hesab edirəm ki, oyunun favoriti yoxdur. Əminliklə deyə bilərəm ki, hər iki komanda üçün çətin oyun keçəcək. Azərbaycanda azarkeşləri öz komandalarını irəli səsləyirdilər. O cür dəstək cavab görüşündə “Şerif”ə lazımdır.
- “Qarabağ”ın hansı futbolçularından ehtiyatlanmaq lazımdır?
- Rəqib kollektiv halında güclü və ustalıq səviyyəsi yüksək olan komandadır. Amma daha çox Dino Ndlovu və Donald Gerryeni diqqətdə saxlamalıyıq.
- “Qarabağ”la görüşdən əvvəl azarkeşlərə nə demək istərdin?
- Stadiona nə qədər çox azarkeş gəlsə, bir o qədər yaxşıdır. Azarkeşlərin dəstəyini görmək istəyirik. Biz yalnız birlikdə güclüyük və çox şeyə qadirik. “Qarabağ”la oyunda qələbə qazanmaq üçün bütün gücümüzü meydanda qoyacağıq.
saytlarin hazirlanmasi