Moldova çempionu "Şerif"in müdafiəçisi Vyaçeslav Posmak UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb
Sportal.az xəbər verir ki, Posmak fikirlərini belə bildirib: “Karyeram ərzində hələ Avropa Liqasının qrup mərhələsində oynamamışam. Ancaq indi buna çox yaxınam. Bu, karyeram baxımından çox gözəl olardı. Komandamın “Qarabağ” önündə uğurlu çıxışı üçün əlimdən gələni edəcəm. Çünki xəyalımın gerçək olması bu matçdan asılıdı. “Şerif”in qələbəsi üçün hər kəs kimi, mən də üzərimə düşəni yerinə yetirməyə hazıram. Evdə oynamaq hər zaman asandı. Cavab görüşünü öz meydanımızda keçirməyimiz bizim üçün üstünlükdü”.
Qeyd edək ki, bu gün Tiraspol şəhərində keçiriləcək “Şerif” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə qolsuz heç-heçə qeydə alınıb.
saytlarin hazirlanmasi