Sumqayıt” 2017/18 mövsümünün hazırlıqlarına davam edir.
Sportal.az xəbər verir ki, Türkiyənin Bolu bölgəsində keçirilmiş təlim-məşq toplanışından sonra 3 gün müddətinə istirahətə buraxılmış kollektiv bu gün saat 18:30-da yenidən məşqə çıxıb.
Əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilən məşq prosesi təxminən 1,5 saat müddətində davam edib.
Qeyd edək ki, “Sumqayıt” çempionatın startınadək gündə bir dəfə olmaqla, Sumqayıt şəhərində məşqlərini davam etdirəcək.
saytlarin hazirlanmasi