Roberto Bordin: "Şerif" meydanda dominantlıq edən tərəf idi"

11:45 - 2 Avqust 2017

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a uduzaraq mübarizəni Avropa Liqasında davam etdirəcək “Şerif”in baş məşqçisi Roberto Bordin açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Bakıda qolsuz bərabərliyə nail olan, öz meydanında isə 1:2 hesabı ilə uduzan Tiraspol təmsilçisinin çalışdırıcısı nəticənin qanunauyğun olmadığını bildirib:

 

“Qarabağ”ı yaxşı təhlil etmişdik. Birinci hissədə xeyli qol vəziyyəti yaratdıq. İkinci hissədə isə qol vurmalı idik, hücuma atılmağa məcbur olduq, buna görə də rəqibə daha çox boş sahə verməyə başladıq. "Qarabağ” çox yaxşı, texnikalı komandadı. Topla əla rəftar edirlər. Bununla belə düşünürəm ki, “Şerif” meydanda dominantlıq edən tərəf idi. Daha çox vəziyyət yaratdıq, təəssüf ki, bu şanslardan istifadə edə bilmədik. Oyundan sonra danışmaq çox asandı. İlk hissədə bir qol vura bilsəydik, oyun tamam fərqli məcrada davam edəcəkdi”.

Xəbər xətti