Ötən gün keçirilən "Şerif" - "Qarabağ" matçından (1:2) sonra Çempionlar Liqasının bombardirləri siyahısında dəyişiklik olub.
Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisinə qarşı cavab oyununda fərqlənən “Qarabağ”ın futbolçusu Dino Ndlovu ən yaxşı bombardirlər sırasına düşüb. Bu mövsüm 3 qol vuran Ndlovu Çempionlar Liqasının 7 ən yaxşı bombardirindən biridir.
Qeyd edək ki, bombardirlər siyahısında Andriya Pavloviç (“Kopenhagen”), Mario Qavranoviç (“Riyeka”), Uroş Nenadoviç (“Alaskert”), Entoni Nvakaeme (“Hapoel” Beyer-Şeva), Patrik Tvumasi (“Astana”) və Skott Quiqli (TNS) yer alıb.
saytlarin hazirlanmasi