Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, püşkatmadan sonra qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq cütlüklər müəyyənləşib.
Bütün cütlükləri təqdim edirik:
Çempionlar yolu
“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)
APOEL (Kipr) - “Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)
“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)
“Hapoel” (Beyer-Şeva, İsrail) - “Maribor” (Slovaniya)
Liqa yolu
“Başakşəhər” (Türkiyə) - “Sevilya” (İspaniya)
“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)
“Napoli” (İtaliya) - “Nitsa” (Fransa)
“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)
“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)