"Borussiya"nın idman direktoru Mixael Zork komandanın gənc ulduzu Usman Dembelenin "Barselona"ya transferi ilə bağlı yayılan şaiələrə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Dortmund klubunun rəsmisi bu məlumatları təkzib edib:
"Dembelenin transferi ilə bağlı heç bir komanda ilə anlaşma əldə etmədik. Dembele bizim futbolçumuzdur. Bu barədə danışmaq məntiqə sığmır".
Qeyd edək ki, Neymarı PSJ-yə 222 milyon avroya satan "Barselona"nın Dembeleni transfer hədəfinə aldığı barədə məlumatlar dolaşırdı.
saytlarin hazirlanmasi