Dortmund “Borussiya”sının türk futbolçusu Ömer Toprak “Rot-Veiss Erfurt”a qarşı keçirilən yoxlama oyunu zamanı xəsarət alıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçinin burnu qırılıb. Məlumatı klubun rəsmi saytı yayıb. Türkiyə millisinin üzvü bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Toprak "Borussiya"ya "Bayer"dən keçib.
saytlarin hazirlanmasi