Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turunda öz meydanında debütant "Səbail"i qəbul edəcək "Zirə" matçın hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, "qartallar"ın iki əsas futbolçusu "Səbail"lə matçı buraxacaq. Hücumçu Kevan Belfor və müdafiəçi Jozef Bum ilk turu buraxacaqlar. Bir müddətdir ki, zədədən əziyyət çəkən futbolçular matç gününə qədər yetişməyəcəklər.
Digər zədəli Riçard Qadze isə kollektivlə məşqlərə başlayıb. Baş məşqçi Ayxan Abbasovun şans verəcəyi təqdirdə, hücumçu "Səbail"ə qarşı oynayacaq.
Qeyd edək ki, "Zirə" - "Səbail" oyunu avqustun 13-də keçiriləcək.
saytlarin hazirlanmasi