“Sumqayıt” klubu 2017/2018-ci illər mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.
Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi "Qəbələ"dən icarəyə götürdüyü Ramil Həsənovu PFL-ə sifariş etməyib. Buna səbəb isə gənc hücumçunun sənədlərinin qaydasında olmamasıdır.
"Sumqayıt" Premyer Liqanın 1-ci turuna kimi bu məsləni həll etməyə çalışacaq.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın ilk turunda "Kəpəz"lə qarşılaşacaq. Oyun avqustun 13-də, saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi