Futbol, 240 milyondan artıq oyunçuları ilə dünyada ən məşhur idman sahəsidir. Futbolçuların perfomansında, texnika, biyomexanika, mental və fizioloji bir çox faktorlar müəyyən edilmişdir. Futbol eyni zamanda digər idman sahələri ilə qarşılaşdırıldıqda, yüksək yaralanma faizi göstərir və bunun daha çox hissəsi aşağı ətraf travmaları təşkil edir.
Həvəskar və professional futbolcularda son 1 ildə ən çox hansı aşağı ətraf yaralanmalarına məruz qalındığı araşdırıldığında bir retrospektiv çalışmada 886 aşağı ətraf yaralanması müəyyən edilmişdir. Bu yaralanmalarda 16.6% burxulma,15.7 % vətər-bağ zədələnməsi ,12.5 % əzələ əzilməsi ,11.5% sınıqlar, 10.95% kontuziyalar(zədələr) görülmüşdür.
Həvəskar futbolçularda ən çox burxulma,sınıq, vətər-bağ yaralanmaları aşağı ətraf yaralanmalarının ən başda gələn səbəbləridir.
Profesional futbolçularda isə bu səbəblər fərqlilik göstərir. Vətər-bağ yaralanmaları ilk sırada yerləşir.Daha sonra isə burxulma və əzələ zədələnmələri gəlir.
Futbolçularda 1 mövsüm ərzində hansı zədələnmələr daha çox rastlanılır araşdırıldıqda ilk yeri burxulmalar tutur.
İstər həvəskar istərsə də professional səviyyədə olsun dizin mürəkkəb biomexaniki xüsusiyyətlərindən asılı olaraq diz içi anatomik strukturlardan olan menisklərin zədələnməsi də əsas yerlərdən birini tutur.
Bu dəfə biz Baku Medikal Plaza Klinikasının OTİM (Ortopediya və Travmatologiya,İdman Cərrahiyyəsi və Fizioterapiya Mərkəzi) bölümündən Uzman Dr. Şəhriyar B. Fətullayev ilə Menisk Yırtıqları haqqında danışdıq.
- Menisk nədir?
- Diz oynağının içərisində, elastik quruluşlu, oynaq səthlərini qismən örtən, çox vacib funksiyara sahib anatomik strukturdur. Medial və lateral menisk adı verilən və hər dizdə iki ədəd olan bu orqan, ağırlıq daşıma, idman əsnasında diz oynağına yük minməsi zamanı ``şok absorbsiyası`` funksiyasını həyata keçirir.
- Menisk yırtığı necə meydana gəlir?
- Məşqlərdə və idman müsabiqələrində dizlər, bükük vəziyyətdə ikən bədəni çox yüksək qüvvə ilə diz üzərində döndürdükdə menisk yırtığı meydana gəlir.Buna rotasional qüvvələr deyilir.Örnək olaraq futbolda rəqibi aldatma hərəkətləri, basketbolda feyk atma kimi hərəkətlər buna misal ola bilər.
- Şikayətlər nələrdir?
- Dizdə ağrı və kilidlənmə, yırtıq meydana gələn bölgədə şişlik kimi şikayətlərlə yanaşı zədələnmə zamanı dizdən ``pop`` səsi də eşidilə bilər. Xronik bir yırtıq varsa yoxuş çıxarkən,düz qaçış sırasında yırtıq olan nahiyyədə küt ağrılar yarada bilər. Eyni zamanda dizin tam bükülməsini məhdudlaşdıra bilər.
- Menisk Yırtığının müalicəsi necə aparılır?
- Tibbin digər sahələrində olduğu kimi Ortopediya və Travmatologiya da texnoloji yeniliklərdən faydanlanılır. Birzamanlar açıq oynaq əməliyyatları bu yeniliklərlə əlaqədar olaraq yerini qapalı artroskopik əməliyyatlara vermişdır. Artıq açıq mensik əməliyyatları tarixə qovuşmuşdur. Menisk yırtıqlarında icra ediləcək əməliyyatlara menisk tikilməsi ,mensikektomiya,menisk transplantasiyarını göstərə bilərik. Menisk transplantasiyası ölkəmizdə hələ ki edilmir. Amm bu istiqamətdə çalışmalarımız davam edir. Yaxın gələcəkdə bu tip əməliyyatlara başlamağı planlaşdırırıq. Menisk tikilməsi və menisektomiya əməliyyatları tam qapalı şəkildə yəni artroskopik olaraq həyata keçirilir. Meniskektomiya yırtığın xarakterindən asılı olaraq edilir. Tikiş texnikalarının inkişaf etdiriliməsilə əlaqədar olaraq bir qədər məhdudlaşdırılmışdır. Demək olar ki əksər yırtıqların rekonstruksiyası aparılır.
- Əməliyyat sonrasında nə zaman İdmana dönmək lazımdır?
- Bununla bağlı tam olaraq fikir birliyi yoxdur. Bəzi yazarlar əməliyyatdan 10 həftə sonra bəziləri isə 6 ay sonra idmana qayıtmağı məsləhət görür. Biz isə meniskektomiya əməliyatından 1 ay sonra menisk tikilməsindən 3 ay sonra idmana qayıtmağı xəstələrimizə məsləhət görürük.
- Menisk yırtıqlarından necə özümüzü qoruya bilərik?
- Bunun üçün əsas diz çevrəsi və bud-baldıq əzələ qruplarını gücləndirmək elastikliyini artırmaq idmanlara xas texniki bacaqıqları inkişaf etdirərək vərdişlər yaratmaqla, bu tip yaralanmaların qarşısını ala bilərik.
Mənbə: Media24.az
saytlarin hazirlanmasi