“Çempionata uğurlu başlamadıq. Amma pozitiv olmalıyıq və növbəti oyunlara köklənib qələbə qazanmalıyıq”.
Sportal.az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin futbolçusu Pavel Dreksa Premyer Liqanın 1-ci turunda "Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Çexiyalı müdafiəçi növbəti oyunlarda hər şeyin yaxşı olacağını düşünür:
“Təbii ki, hər şey yaxşıya doğru gedəcək. Fikrimcə, ilk oyundan sonra “Neftçi”ni hesabdan silmək doğru olmaz. Bir neçə epizodda səhvə yol verdik. Məncə, əsas problem bu idi. Daha çox çalışmalıyıq”.
O, “Qarabağ”ın güclü olduğunu və Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i keçməyə qadir olduğunu deyib: “Qarabağ” çox güclü komandadır. Onlar Çempionlar Liqasının pley-off mərhələsində oynayacaqlar. “Kopenhagen”i keçmək üçün şansları var. “Qarabağ”a uğurlar arzu edirəm”.
saytlarin hazirlanmasi