“Kopenhagen” Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la oyun öncəsi ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Erik Yohansson dünən ölkə çempionatında “Horsens”lə matçda (1:1) zədə alıb. Tibbi müayinədən sonra onun diz bağlarının qırıldığı, 28 yaşlı isveçli futbolçunun 2017-ci ildə “Qarabağ”la oyunlar da daxil bir daha komandasına kömək edə bilməyəcəyi qeyd edilib. Onun 6 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Komandanın baş məşqçisi Steyl Solbakken bu hadisədən təəssüfləndiyini, Yohanssonun yoxluğunun onlar üçün problem yaradacağını deyib.
Erik Yohansson özü isə bildirib: "Çox təəssüf ki, vacib oyunlarda komandama kömək edə bilməyəcəyəm. Amma komandamızın mən olmadan da yaxşı çıxış edəcəyinə inanıram. İndi mən başımı dik tutmalı, zədəmi sağaldıb mümkün olan ən tez zamanda komandamın düşərgəsinə qoşulmalıyam".
Xatırladaq ki, "Qarabağ"la "Kopenhagen" arasında ilk oyun avqustun 15-də Bakıda, cavab matçı avqustun 23-ü Danimarkada keçiriləcək.
saytlarin hazirlanmasi