"Kopenhagen"in rəsmisi: "Qarabağ"la oyunlarımız əla şou olacaq"

13:15 - 14 Avqust 2017

"Fikrimcə, "Qarabağ"la oyunlarımız əla şou olacaq. Bunu həm rəqibin, həm də bizim ifamızda görəcəksiniz".

 

Sportal.az xəbər verir ki, bu sözləri Danimarkanın "Kopenhagen" klubunun idman direktoru Yohan Lange deyib. 

 

Sabah Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək paytaxt klubunun rəsmisi bir neçə gün öncə Bakıda olub. Cümə günü paytaxtımıza gələn klub rəsmisi Ağdam təmsilçisinin Topaz Premyer Liqasının ilk turunda “Neftçi"yə "Bakcell Arena"da 3:1 hesaı ilə qalib gəldiyi matçı izləyib.

 

O, ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ" haqda bunları deyib: "Rəqib çox istedadlı komandadı. Topu özündə çox saxlamağı sevir. Buna imkan verməməliyik. Əgər "Qarabağ"a şans versək, bizi cəzalandıracaqlar. Meydanda hər şeyi düzgün etməliyik".

 

Qeyd edək ki, “Qarabağ” – “Kopenahagen” görüşü sabah saat 20:00-da başlayacaq.

Xəbər xətti