Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın qonağı olacaq “Kopenhagen”in kapitanı Uilyam Kvist oyunöncəsi mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, danimarkalı futbolçu sabah onları çətin qarşılaşmanın gözlədiyini deyib:
“Sabah bizi çox çətin oyun gözləyir. Rəqibə qarşı səfərdə oynamaq çox çətindi. Xüsusilə, hücumda yaxşı oynamalıyıq. Məncə 1:1, 2:2 hesablı heç-heçə bizim üçün sərfəli nəticə olacaq”.
saytlarin hazirlanmasi