Ukrayna mətbuatı: "Cavid İmamverdiyevin qolu "Puşkaş mükafatı"na layiq görülə bilər" VİDEO

10:54 - 15 Avqust 2017

Azərbaycan Premyer Liqasının ilk turunda “Sumqayıt” – “Kəpəz” görüşündə (2:1) meydan sahiblərinin futbolçusu Cavid İmamverdiyevin gözəlliyi ilə yanaşı, həm də qeyri-adiliyi ilə diqqət çəkən qolu beynəlxalq miqyasda, həmçnin, sosial şəbəkələrdə də xeyli müzakirə edildi. İmamverdiyevin bu qolunu isveçli ulduz Zlatan İbrahimoviçin vurduğu qollarla da müqayisə edənlər də oldu.

 

Sportal.az xəbər verir ki, Ukraynanın məşhur “Tribuna” nəşri bu barədə xəbər hazırlayıb. Ukraynalı həmkarlarımız Cavidin qolunu beynəlxalq "Puşkaş mükafatı"na layiq görürlər.

 

Qeyd edək ki, "Puşkaş mükafatı" dünyada hər il ən gözəl qolun müəllifinə verilir. Əlavə edək ki, həmin mükafat üçün namizədlərin adları açıqlanmayıb.

 

Xəbər xətti