"Qarabağ"ın doğma meydanda yaxşı oynadığını bilirəm"

12:33 - 15 Avqust 2017

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen”in futbolçusu Peter Ankersen təmsilçimiz barədə fikirlərini bildirib.
 
Sportal.az
xəbər verir ki, danimarkalı sağ cinah müdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”ın yaxşı komanda olduğunu deyib:

 

"Qarabağ"ın doğma meydanda yaxşı oynadığını bilirəm. Çünki bu komandaya qarşı "Zalsburq"un heyətində mübarizə aparmışam. Sərfəli nəticə qazanmaq üçün gəlmişik. İlk oyunda diqqətli olmalıyıq. Matça hazırıq. Daxili çempionatda "Horsens"ə qarşı yaxşı çıxış etmişdik, amma qalib gəlməmişdik. Buna baxmayaraq, komandada işlər qaydasındadır və biz mübarizəyə hazırıq".

 

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti