"Qarabağ", APOEL, "Liverpul" və ÇSKA qələbə qazandılar

00:47 - 16 Avqust 2017

UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsin start verilib. 

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 5 matç keçirilib.  Günün ilk oyunu Bakıda baş tutub. “Qarabağ” Danimarka çempionu “Kopenhagen”i yeganə qolla üstələyib. 

 

Ən çox maraq doğuran matçlardan biri Almaniyada baş tutub. "Böyük beşliy"in 2 təmsilçisi - "Hoffenhaym" və "Liverpul"in qarşıdurması ingilislərin qələbəsi ilə tamamlanıb. 

 

Qeyd edək ki, pley-offun digər 5 matçı sabaha nəzərdə tutulub.

 

Çempionlar Liqası

Pley-off mərhələsi
İlk oyunlar
15 avqust

 

“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) - 1:0
Qol:
Mahr Mədətov, 25

 

APOEL (Kipr) - “Slaviya” (Çexiya) - 2:0
Qollar:
De Kamargo, 2, Aloneftis, 10

 

“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə) - 1:2
Qollar:
Ut, 87 - Aleksander-Arnold, 35, Milner, 74

 

“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya) - 0:0

 

“Yanq Boyz” (İsveçrə) - ÇSKA (Rusiya) - 0:1
Qol:
Nuhu, 90+1-öz qapısına

Xəbər xətti