"Kopenhagen"in futbolçusu: "Qrup mərhələsinə son addımı atmaq üçün döyüşə 100 faiz hazır olmalıyıq"

11:56 - 16 Avqust 2017

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Kopenhagen" səfərdə təmsilçimiz “Qarabağ”a 0:1 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, oyundan sonra komandanın serbiyalı futbolçusu Uroş Matiç açıqlama verib:

 

"Qarabağ" demək olar ki, gözlədiyimiz kimi oynadı. Görüşün birinci hissəsində çox az sayda qol imkanı yaratdılar. Bunlar da əsasən, əks-hücumlar idi".

 

27 yaşlı yarımmüdafiəçi cavab matçın barədə də fikirlərini bölüşüb:

 

"Qarşıda daha 90 dəqiqə var. Biz ev oyunumuzda azarkeş dəstəyi sayəsində daha güclü olacağıq. Ötən mərhələdə "Vardar"a da səfərdə eyni hesabla uduzduğumuz oyunu evdə öz xeyrimizə dəyişmişdik. Çempionlar Liqasının qrup mərhələsinə son addımı atmaq üçün döyüşə 100 faiz hazır olmalıyıq".

Xəbər xətti