UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Kopenhagen" səfərdə təmsilçimiz “Qarabağ”a 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, oyundan sonra komandanın müdafiəçisi Nikolay Boylesen müsahibə verib:
- Bizim üçün yaxşı oyun və nəticə olmadı. İstədiyimiz kimi oynmadıq. “Qarabağ” yaxşı təşkilatlanmış komandadır. Düzdür, bizim də şanslarımız oldu. Ancaq alınmadı. Qarşıda daha bir oyunumuz var.
- Mərhələni dayandıraraq mübarizəni Avropa Liqasında aparmaq komandaya necə təsir edəcək?
- Bu barədə qəti düşünmürük. Hədəfimiz qalib gəlib ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaqdır. Avropa Liqası barədə düşünməmişik.
- “Qarabağ” gözlədiyiniz kimi oyun nümayiş etdirdi?
- Ümumiyyətlə, bu elə bir turnirdir ki, zəif rəqib yoxdur. Çətin yarışdır. Komandalar öz ölkələrinin ən güclüsüdür. “Qarabağ” yaxşı komandadır. Ancaq cavab matçında biz daha güclü oynayacağıq.
- Erik Yohanssonun yoxluğu hiss olunurdu?
- Erik bizim üçün ciddi itkidir. Təbii ki, onun yoxluğu böyük zərbədir.
saytlarin hazirlanmasi