AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov yeni təyinat alıb.
Sportal.az xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasının pley-off mərhələsi cavab oyunları çərçivəsində keçiriləcək MOİK (Rusiya) - "Young Boys" (İsveçrə) oyununda iş başında olacaq.
Məmmədov avqustun 23-də, Moskva şəhərindəki MOİK Arenada keçiriləcək matçın direktoru kimi fəaliyyət göstərəcək.