Millimizə 2 qol vuran futbolçu zədələndi

17:21 - 16 Avqust 2017

"Borussiya"nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisinin hücumçusu Andre Şürle sıradan çıxıb. Omba əzələsində yırtıq aşkarlanan 26 yaşlı forvard 4 həftə komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Andre Şürrle bu il martın 26-da 2018-ci il dünya çempionatının Azərbaycan millisinə qarşı seçmə qrup matçında (1:4) 2 qol vurmuşdu.

Xəbər xətti