“Kopenhagen”in futbolçusu: “Belə oynasaq, “Qarabağ”ı keçəcəyik”

15:08 - 20 Avqust 2017

“Kopenhagen”in müdafiəçisi Nikolay Boylesen “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsinin təkrar oyunu barədə fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, dünən Danimarka Super Liqasında “Senderyuske” ilə matçdan sonra (3:2) o bildirib ki, əgər bu görüşün birinci hissəsindəki oyunlarını “Qarabağ”la qarşılaşmada da sərgiləsələr, mərhələ adlayacaqlar: “Amma yaxşı olardı ki, qarşıdakı oyunda tribunada bizi dəstəkləyən azarkeşlərimizin sayı çox olsun”.

 

Xatırladaq ki, “Kopenhagen” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək. Bu komandaların ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.

Xəbər xətti