Qol sevincini qeyd edərkən zədələndi, 7 aylıq sıradan çıxdı VİDEO

00:27 - 21 Avqust 2017

Almaniyanın "Hamburq" klubunun yarımmüdafiəçisi Nikolay Müller 7 aylıq sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu Bundesliqanın açılış turunda "Auqsburq"la ev oyununda (1:0) komandasının yeganə qolunun müəllifi olub. Lakin məhz bu qolu bayram edərkən o, dizindən ağır zədə alıb və meydanı erkən tərk etməli olub. 

 

Həkim müayinəsindən sonra futbolçunun zədəsinin ciddi olduğu və ən azı 7 ay yaşıl meydana çıxa bilməyəcəyi müəyyənləşib.

 

Xəbər xətti