"Neftçi" azarkeşləri maraqlı addımları ilə gündəmə gəliblər.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın azarkeşləri klubun sosial şəbəkədəki səhifələrində kampanya başladıblar. Belə ki, paytaxt təmsilçisinin fanatları klubun paylaşımlarının altında "İlqarıgeriqaytarın" həştaqı ilə şərhlər yazırlar.
Qeyd edək ki, ötən mövsüm AZAL-da çıxış edən Ələkbərov yay fasiləsi zamanı "Neftçi"də baxışda idi. "Flaqman"ın dünən istefa verən baş məşqçisi Elxan Abdullayev gənc yarımmüdafiəçinin oyunundan razı qalmadığı üçün onu komandadan göndərmişdi.
saytlarin hazirlanmasi