Premyer Liqanın 2-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” birgünlük istirahətin ardından məşq prosesini bərpa edərək “Zirə” ilə oyunun hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, bu gün saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxan Samir Abasovun yetirmələri əsasən toplu çalışmalara üstünlük verib. Zədə səbəbindən “Kəpəz” və “Qəbələ” ilə oyunlarda iştirak etməyən kapitan Vurğun Hüseynov isə fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, 3-cü turda “Zirə” ilə oyun 26 avqust tarixində Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi