Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, qrup mərhələsinə yüksələn 5 komandanın adı bəllidir. Bunlar, Şotlandiyanın "Seltik", Sloveniyanın "Maribor", İspaniyanın "Sevilya", İtaliyanın "Napoli" və Yunanıstanın "Olimpiakos" klublarıdır.
Qeyd edək ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” bu gün “Kopenhagen”lə Danimarkada qarşılaşacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
22 avqust
"Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) 4:3 (ilk oyun 0:5)
Qollar: Ayer, 26-öz qapısına. Mujikov, 48. Tvumasi, 49; 69 - Sinkleyr, 33. Ntxam, 80. Qriffits, 90.
"Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail) 1:0 (1:2)
Qol: Viler, 15.
"Nitsa" (Fransa) - "Napoli" (İtaliya) 0:2 (0:2)
Qollar: Kallexon, 48. İnsinye, 89.
"Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan) 0:1 (1:2)
Qol: Marin, 25.
"Sevilya" (İspaniya) - "Başakşəhər" (Türkiyə) 2:2 (2:1)
Qollar: Eskudero, 52. Yedder, 75 - Elia, 17. Viska, 83.
23 avqust
22:45. "Slaviya" (Praqa, Çexiya) - APOEL (Kipr)
İlk oyun - 0:2
22:45. "Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:1
22:45. "Styaua" (Rumıniya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 0:0
22:45. "Liverpul" (İngiltərə) - "Hoffenhaym" (Almaniya)
İlk oyun - 2:1
22:45. MOİK (Moskva, Rusiya) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun - 1:0.