Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, "Sevilya" ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyi "Başakşəhər"i qəbul edib. Gərgin keçən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra "Sevilya" Çempionlar Liqasının qrupun vəsiqə qazanıb. "Başakşəhər" isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
"Sevilya" (İspaniya) - "Başakşəhər" (Türkiyə) 2:2 (2:1)
Qollar: Eskudero, 52. Yedder, 75 - Elia, 17. Viska, 83.
saytlarin hazirlanmasi