ÇL-də qrup mərhələsinin son iştirakçıları müəyyənləşir

12:11 - 23 Avqust 2017

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulacaq. 

 

Sportal.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə "Kopenhagen"in qonağı olacaq. Bu oyunla yanaşı daha 4 qarşılaşma baş tutacaq.

 

23 avqust

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

 

22:45. "Slaviya" (Praqa, Çexiya) - APOEL (Kipr)
İlk oyun - 0:2

 

22:45. "Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:1

 

22:45. "Styaua" (Rumıniya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 0:0

 

22:45. "Liverpul" (İngiltərə) - "Hoffenhaym" (Almaniya)
İlk oyun - 2:1

 

22:45. MOİK (Moskva, Rusiya) - "Yanq Boyz" (İsveçrə) 
İlk oyun - 1:0.

Xəbər xətti