Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağı olub.
Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazansa da, çempionumuz bu nəticə ilə qrup mərhələsinə yüksəlib.
Beləlilkə “Qarabağ” növbəti dəfə ilkə imza atmaqla Azərbaycan futbolunun tarixə düşüb.
Çempionlar Liqası, pley-off mərhələsi
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Federiko Santander, 45, Pavloviç, 66 - Dino Ndlovu, 63
saytlarin hazirlanmasi