“Qarabağ” Çempionlar Liqasının pley-offunda səfərdə “Kopenhagen”ə məğlub olsa da (1:2) bu, ölkəmiz üçün ikiqat uğur oldu.
Sportal.az xəbər verir ki, ilk dəfə təmsilçimizin qrup mərhələsinə vəsiqə qazanmasıyla yanaşı, həm də ölkəmizin UEFA reytinqində artım olub. Belə ki, təmsilçimiz qələbə sayəsində ölkəmizin aktivinə xal yaza bilməsə də ÇL-in qrupuna düşməklə bunu bacarıb. Reqlamentə əsasən, ÇL-in qrupuna qazanılan vəsiqəyə görə ölkəyə əlavə 1.000 reytinq xalı verilir. Belə olan halda hazırda Azərbaycanın xallarının sayı 18.625-ə çatıb. Bu isə ölkəmizin Şotlandiyanı siyahıda qabaqlayaraq yenidən 22-ci pilləyə qayıtmasına səbəb olub. Britaniyalıların hazırda əmsalı 17.625-ə bərabərdi. 21-ci olan Rumıniya ilə isə bizi cəmi 0.025 xal ayırır.
Qeyd edək ki, cari mövsüm qazanılan 3.875 xalın 2.125-ini “Qarabağ”, 0.750-ni “İnter”, 0.625-ni “Zirə” və 0.375-ni isə “Qəbələ” qazanıb.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.
saytlarin hazirlanmasi