"Roma"nın rəsmisi: "Azərbaycana səyahət narahat olacaq"

11:19 - 25 Avqust 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma”nın menecerlərindən Umberto Qandini püşkatmanı dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, yerli mətbuata danışan klub rəsmisi bunları deyib:

 

“Əhəmiyyətli olan bizim öz oyunumuzdur. Altı çətin qarşılaşma oynayacağıq. Bu çox çətin məsələdir. Məsələn, bunun içində Azərbaycana uzun səfər var. Həm Seria A-da, həm də ÇL-də oynamaq çətindir. Amma böyük klublara qarşı çıxış etmək sevindiricidir. Azərbaycana səyahət bizi narahat edən amildir. Amma həmin oyuna ən yaxşı şəkildə hazırlaşacağıq. Dekabr ayında harada olacağımız bizim öz məsuliyyətimizdən asılıdır”.

 

Qeyd edək ki, “Qarabağ”la “Roma Bakıda 2-ci turda – sentyabrın 27-də qarşılaşacaqlar.

Xəbər xətti