"Atletiko"nun rəsmisi: "Azərbaycana səyahətin necə olduğunu bilirik"

16:57 - 25 Avqust 2017

“Atletiko”nun direktoru Klemente Vilyaverde Çempionlar Liqasının püşkatmasından danışıb.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun rəsmisi “Çelsi”, “Roma” və “Qarabağ”la eyni qrupda yer almalarını dəyərləndirib: 

 

“Ən yaxşılardan olan “Roma” və “Çelsi” bizim qrupa düşüb. Azərbaycan klubuna gəlincə, onlar sürpriz komandadır. Lakin bizim üçün bu səfər çətin olacaq. Aradakı məsafəni nəzərə alsaq, uzaq səyahətə yollanacağıq. Azərbaycanla bizim münasibətlərimiz var. Ora səyahətin necə olduğunu bilirik. Avropanın ən yaxşıları arasında olmaqdan məmnunuq”.

Xəbər xətti